Dünyanın ən hündür mayakları

Futuristik, parıldayan gözətçi qülləsi Ciddə şəhərinin Qırmızı dəniz sahilində yerləşir.

Təqribən 133 metr hündürlüyə malik olan mayak hazırda dünyanın ən hündür mayakı hesab edilir. Onun işığı 46 kilometrlik məsafədə görünür.

Sülh Memorialı (tam adı Oliver Perri Qələbəsi və Beynəlxalq Sülh Memorialı) isə hündürlüyü 107 metr olmaqla, dünyanın ikinci ən hündür mayakıdır.

Fransadakı hündürlüyü 82 metrə çatan İl Vierj isə Avropanın ən hündür mayakı sayılır.

BİZİ İZLƏYİN

Bizə abunə olun və "Suraxanı" gəmi-muzeyinə aid olan yeni layihələr və xəbərlər haqqında qısa vaxtda xəbərdar olun.