Gəmi-muzeyin restoranı

Tankerdə yaradılan “Suraxanı” gəmi-muzey restoranı Dənizkənarı Milli Parkın ərazisində  ən gözəl guşələrindən biridir.  Gəmi-muzeyin restoranı paytaxt sakinlərinin diqqətini çəkməyi bacarıb.

Restoranda dəniz məhsulları və milli mətbəximizin dadlı təamları hazırlanır. Restoranda xüsusi aksesuar və elementlər asitəsi ilə  romantik dənizçilik ab-havası yaradılıb.

Yay mövsümündə isə  açıq havada (gəmi göyərtəsində) yaradılan məkan sizi dənizçilik dünyasına qərq edəcək.  

Restorana gələn sakinlər avtomobili park etmək və yer tapmaq üçün də çətinlik çəkmir.

Qonaqlar muzeyi ziyarət etmədən də restoranda xoş vaxt keçirə bilərlər.

Əsrarəngiz interyer və ən dadlı təamlar tanker-muzeyin restoranında!

Xəzərin sahilində dünyada ilk tanker muzeyində yaradılan "Suraxanı" gəmi-muzeyi restoranı sizin yolunuzu gözləyir!

Restoranın peşəkar personalı tam gücü ilə işləyərək, yüksək səviyyəli və keyfiyyətli xidmət təklif edir.  

Keçmişin və müasirliyi özündə birləşdirən geniş və işıqlı salon, valeh edən dəniz mənzərəsi, nadir dəniz məhsulları restoranımızın ən mühüm özəlliklərindəndir. 

 

BİZİ İZLƏYİN

Bizə abunə olun və "Suraxanı" gəmi-muzeyinə aid olan yeni layihələr və xəbərlər haqqında qısa vaxtda xəbərdar olun.