Astrolyabiya və ya üstürlab
Astrolyabiya və ya üstürlabla üfüqi müstəvi ilə səma cisimləri arasındakı bucağı, ulduzun azimutunu və dəqiq vaxtı hesablamaq mümkündür.
Tarixi mənbələrə görə, ilk dəfə bu cihaz Eratosfen tərəfindən b.e.ə. 250-ci ildə düzəldilib. “Dəniz astrolyabiya”sı isə XV əsrdə Yunanıstanda, astronom Apolniy tərəfindən ixtira olunub. Avropada astrolyabiyalar XV-XVIII əsrlərdə gəmiçilikdə naviqasiya üçün tətbiq olunmağa başlayıb. Onlar sekstantların öndəri sayılırlar.
Bu kimi maraqlı eksponatlarla "Suraxanı" tanker-muzeyində əyani olaraq tanış olmaq mümkündür.