“Suraxanı” tanker-muzeyin “Malakafauna: Dünya okeanlarının inciləri” zalı!

Tanker-muzeyin maraqlı kolleksiyalarından  biri də  malakofauna,  mərcanların   və digər  flora və fauna nümunələrinin  sərgiləndiyi ekspozisiyadır.

Zalda Hind, Sakit, Atlantik okeanlarından və dünyanın beş qitəsindən onlarla molyusk ailəsinə və onların yüzlərlə növünə aid olan incilər sərgilənməkdədir.

Sualtı aləmin incilərindən ibarət bu unikal kolleksiya geologiya, mineralogiya elmləri üzrə professor Tofiq Karayev tərəfindən 40 il ərzində toplanılıb.

BİZİ İZLƏYİN

Bizə abunə olun və "Suraxanı" gəmi-muzeyinə aid olan yeni layihələr və xəbərlər haqqında qısa vaxtda xəbərdar olun.