Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə “Suraxanı” gəmi-muzeyində kvest tipli yarış keçirilir

Bu gün Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə “Suraxanı” gəmi-muzeyində “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) əməkdaşları arasında kvest tipli yarış keçirilir.

İntellektual-əyləncəli oyunda ASCO-nun bütün strukturlarını təmsil edən 4 komanda iştirak edir. İştirakçılar fiziki və zehni potensiallarını nümayiş etdirib, mürəkkəb tapşırıqlarla güc və dözümlülüklərini sınağa çəkəcəklər.

Çox həyəcanlı və maraqlı keçən yarışın sonunda qaliblər mükafatlandırılacaq.

Yarışın nəticələri haqqında məlumat veriləcək.

BİZİ İZLƏYİN

Bizə abunə olun və "Suraxanı" gəmi-muzeyinə aid olan yeni layihələr və xəbərlər haqqında qısa vaxtda xəbərdar olun.