“Muzeylərin gücü” devizi altında keçirilən 2022-ci il Beynəlxalq Muzeylər Günü münasibəti ilə “Suraxanı” gəmi-muzeyində maraqlı yarış keçirilib

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin “Suraxanı” gəmi-muzeyində Beynəlxalq Muzeylər Günü münasibəti ilə ziyarətçilər üçün pazl (puzzle) yarışı keçirilib.

Yarışda iştirakçılara “Suraxanı” gəmi-muzeyinin parçalanmış fraqmentlərini vahid formaya salmaq tapşırılıb.

Yarışda Xəzər Univerisitetinin Humanitar və sosial elmlər fakültəsinin tələbələri xüsusi fəallığı ilə seçiliblər.Tapşırığı cəld və düzgün yerinə yetirmiş iştirakçılara “Suraxanı” gəmi-muzeyi adından xüsusi hədiyyələr verilib.

Oyun ziyarətçilərin böyük marağına səbəb olub.

BİZİ İZLƏYİN

Bizə abunə olun və "Suraxanı" gəmi-muzeyinə aid olan yeni layihələr və xəbərlər haqqında qısa vaxtda xəbərdar olun.