"Suraxanı" gəmi-muzeyi həftəsonu ziyarətçi rekorduna imza atıb

21-22 may (həftəsonu) "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) “Suraxanı” gəmi-muzeyini 1200 nəfər ziyarət edib. Bu da muzeyin tarixində rekord göstərici sayılır.

Qeyd edək ki, "Suraxanı" gəmi-muzeyi iki ildir ki, fəaliyyət göstərir.

Dənizkənarı Milli Parkda yerləşən dünyanın ilk tanker muzeyi həftənin 5 günü (bazar ertəsi və çərşənbə axşamı istisna)  saat 10:00-dan 19:00-dək ziyarətçilərin xidmətindədir. 

Ümumilikdə 10 ekspozisiya zalından ibarət muzeydə ziyarətçilər Xəzərin tarixi, Abşeronda neft hasilatı, gəmiçiliyin inkişafı, dünyada ilklərdən sayılan gəmilər, dəniz nəhəngləri, gəmiçiliyin ayrılmaz atributlarından olan naviqasiya alətləri, 5000 ilə yaxın tarixə malik dəniz düyünləri, gəmilərin istismarı zamanı istifadə edilən avadanlıqlarla yaxından tanışlıq imkanı qazana bilirlər. 

BİZİ İZLƏYİN

Bizə abunə olun və "Suraxanı" gəmi-muzeyinə aid olan yeni layihələr və xəbərlər haqqında qısa vaxtda xəbərdar olun.