Əfsanəvi “Karvan” qrupu "Suraxanı" tanker-muzeyində!

Bakıda 30 ildən sonra "Karvan" qrupunun "Əfsanə qayıdır" adlı konsert proqramı baş tutub. "Karvan" qrupu sevilən ifaları ilə illər sonra izləyicilərin qarşısında çıxış edib.

Gecədə Yevqeniy Baxtini "Avroviziya" qalibi Eldar Gasimov, mərhum Sevil Hacıyevanı isə "Azərbaycanın səsi" müsabiqəsindən tanınan Emiliya Yaqubova əvəzləyib.

Konsertdən sonra isə "Karvan" qrupunun üzvləri, ölkəmizin tanınmış mədəniyyət xadimləri “Suraxanı” gəmi-muzeyində olublar. Tanker-restoranda isə "After Party" təşkil edilib

BİZİ İZLƏYİN

Bizə abunə olun və "Suraxanı" gəmi-muzeyinə aid olan yeni layihələr və xəbərlər haqqında qısa vaxtda xəbərdar olun.