QHT-lərə Dövlət Dəstəyi Agentliyi şəhid ailələrinin övladları üçün "Suraxanı" gəmi-muzeyinə ziyarət təşkil edib.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 1 iyun “Uşaqların Beynəlxalq Müdafiəsi Günü” ilə bağlı şəhid ailələrinin övladları üçün tədbir təşkil edib.

Tədbirdə polkovnik-leytenant Soltan Məmmədovun, polkovnik-leytenant Vidadi Xəlilovun, mayor Natiq İsmayılovun, mayor İlkin Rzayevin, mayor Surxay Noçuyevin, baş leytenant Tural Əsgərlinin, kiçik çavuş Elçin Bağırovun, kiçik çavuş Elşən Musayevin, MAXE Müzəffər Ağaliyevin övladları iştirak ediblər.

Sonra uşaqlara hədiyyələr təqdim edilib və onların istirahətinin təşkili üçün “Suraxanı Gəmi Muzeyi”nə səfər təşkil olunub.

BİZİ İZLƏYİN

Bizə abunə olun və "Suraxanı" gəmi-muzeyinə aid olan yeni layihələr və xəbərlər haqqında qısa vaxtda xəbərdar olun.