“Suraxanı” gəmi-muzeyi Heydər Əliyev Mərkəzinin parkında keçirilən Uşaq festivalında!

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC" (ASCO) Heydər Əliyev Mərkəzinin parkında keçirilən Uşaq festivalında “Suraxanı” gəmi-muzeyi, “Xəzər" Yelkənli Qayıqlar İdman Klubu, Azərbaycan Dövlət Dəniz Akademiyası və Uşaq Gəmi Modelçilər Dərnəyi ilə təmsil olunub.

Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə keçirilən festival çərçivəsində parkın ərazisi müxtəlif mövzular və əyləncə növləri üzrə bölünüb.

ASCO-nun “Dənizçi” guşəsində interaktiv oyunlar və əyləncəli müsabiqələr təşkil olunub. Uşaqlar tərəfindən maraqla qarşılanan müsabiqələrdə qaliblərə və iştirakçılara müxtəlif hədiyyələr təqdim edilib.

Uşaq festivalı Heydər Əliyev Mərkəzinin təşkilatçılığı, Heydər Əliyev Fondu, Təhsil Nazirliyi, Nərimanov rayon İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyinin dəstəyi ilə keçirilib.

BİZİ İZLƏYİN

Bizə abunə olun və "Suraxanı" gəmi-muzeyinə aid olan yeni layihələr və xəbərlər haqqında qısa vaxtda xəbərdar olun.