“Suraxanı” gəmi-muzeyi və “Gənc Könüllülər” İB arasında memorandum imzalanıb
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Suraxanı” gəmi-muzeyi və “Gənc Könüllülər” İctimai Birliyi memorandum imzalayıb.
Memorandum könüllülük sahəsində əməkdaşlığın inkişafı, könüllü fəaliyyətinin genişləndirilməsi, könüllülərin könüllülük fəaliyyəti sahəsində təcrübələrinin artırılması, könüllülərin hazırlanmasında təcrübə mübadiləsi məqsədi daşıyır.
Sənədə əsasən, tərəflər ölkənin davamlı inkişaf hədəflərinin həllinə kömək məqsədi daşıyan ortaq təcrübə proqramları və layihələri həyata keçirmək üçün birgə fəaliyyət göstərəcəklər.
Bu memorandum çərçivəsində “Gənc Könüllülər” İctimai Birliyi “Suraxanı” gəmi-muzeyində müvafiq sahələr üzrə təcrübə üçün könüllü komandası seçəcək. Gəmi-muzeydə könüllülər təlimatlandırılacaq, ehtiyac olduğu təqdirdə onlara psixoloji dəstək də veriləcək.
Bundan başqa, memorandumda “Suraxanı” gəmi-muzeyində müvafiq sahələr üzrə təcrübənin öyrədilməsi üçün seçilən könüllü komandasının təşəbbüslərinin həyata keçirilməsinə dəstək göstərilməsi də əksini tapıb.