"Böyük Qayıdış" Gənclər Təşkilatı "Suraxanı" gəmi-muzeyində olub
Ekskursiya zamanı gənclər bələdçilərin müşayiəti ilə zalları gəzərək gəmiçiliyə aid eksponatlarla yaxından tanış olublar, əyləncəli və interaktiv oyun manipulyatorlarından istifadə edərək müxtəlif gəmi əməliyyatlarını yerinə yetiriblər. Həmçinin qonaqlar “Qarabağ Azərbaycandır” adlı interaktivi izləyiblər.
Gənclər muzeyin zallarında Xəzərin tarixi, Abşeronda neft hasilatı, gəmiçiliyin inkişafı, dünyada ilklərdən sayılan gəmilər, dəniz nəhəngləri, gəmiçiliyin ayrılmaz atributlarından olan naviqasiya alətləri, 5000 ilə yaxın tarixə malik dəniz düyünləri, gəmilərin istismarı zamanı istifadə edilən avadanlıqlarla yaxından tanış olublar.
Sonda gəmi-muzeyin qarşısında quraşdırılan "I LOVE SEA" kompozisiyasının önündə xatirə fotosu da çəkilib.