Gənc Könüllülərin Tanker - muzeydə təcrübə proqramına start verilir!

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Suraxanı” gəmi-muzeyi və “Gənc Könüllülər” İctimai Birliyinin könüllülük sahəsində tərəfdaşlığı haqqında imzalanan memoranduma əsasən Gənc Könüllülərin Tanker - muzeydə təcrübə proqramı həyata keçiriləcək.

Təcrübə proqramının keçirilməsində məqsəd gənclərin maarifləndirilməsi, vaxtlarının səmərəli keçirilməsi və praktiki bacarıqların artırılmasıdır.

Proqram çərçivəsində Gənc Könüllülər mütəmadi olaraq muzeyə səfər edən qonaqların qarşılanması, onlara bələdçilik və tərcümə xidmətlərinin göstərilməsi, mühasibatlıq işləri və İT sahəsi üzrə fəaliyyət göstərəcəklər.

Qeydiyyat linki: bit.ly/3QKL2Ms

 

Son müraciət tarixi: 30 avqust 2022, 18:00

BİZİ İZLƏYİN

Bizə abunə olun və "Suraxanı" gəmi-muzeyinə aid olan yeni layihələr və xəbərlər haqqında qısa vaxtda xəbərdar olun.