Neftin emalı və daşınması necə həyata keçrilir?

Neft - əsasən karbohidrogenlərin və digər üzvi birləşmələrin mürəkkəb qarışığından ibarət spesifik iyə malik yanar mayedir.

XIX əsrdən başlayaraq, dünyanın ən mühüm təbii enerji ehtiyatlarından sayılır. Əvvəllər  daha çox xam, yəni emal edilməmiş neftdən istifadə edilirdi. XIX əsrdən isə nefti sənaye üsulu ilə emal etməyə və ondan  müxtəlif məhsullar almağa başladılar. Bəs neftdən hansı məhsullar əldə edilir?   

Xam neft və emal olunmş neft məhsullarının hamısı  neft sənayesinin bir hissəsidir. Bu diaqramda siz emal prosesi nəticəsində xam neftdən əmələ gələn müxtəlif məhsullarla tanış ola bilərsiniz. 

Neft, əsasən, boru kəmərləri və dəniz yolu ilə daşınır. Dənizlə daşınan yüklərin təxminən yarısını neft və neft məhsulları təşkil edir. “Suraxanı” tankeri öz dövrü üçün “qara qızıl” daşınmasında istismar edilən müasir gəmilərdən biri idi.

Neft tankerlərinin iki əsas tipi var: xam neft daşımaq üçün nəzərdə tutulanlar və neft məhsullarını daşıyanlar. Xam neft tankerləri böyük həcmdə nefti, hasil edildiyi yerdən emal müəssisələrinə daşıyırlar.  Ölçülərinə görə onlardan bir qədər geri qalan neft məhsulları daşıyan tankerlər isə emal edilmiş neft məhsulunu alıcıya çatdırırlar.

Tankerlər ildə təxminən 2 milyard ton neft daşıyırlar. Neftin tankerlərlə daşınması ucuz başa gəldiyindən, kifayət qədər səmərəli sayılır. Neft və neft məhsulları tankerlərə limanlarda yerləşən, məhsuldarlığı saatda bir-neçə min tona çatan güclü nasoslar vasitəsilə vurulur. Havanın temperaturu aşağı olduqda,  yükləmə-boşaltma əməliyyatını  asanlaşdırmaq üçün neft qızdırılr. Bunun üçün tanklardan keçən borulara buxar vurulur.

Neft yanar maye olduğundan, tankerlərdə yüksək təhlükəsizlik qaydaları tətbiq edilir. 

Dünyada ilk tanker-muzeyi olan "Suraxanı" gəmisində də təhlükəsizlik qaydalarına əməl olunması olduqca vacib məsələdir. 

BİZİ İZLƏYİN

Bizə abunə olun və "Suraxanı" gəmi-muzeyinə aid olan yeni layihələr və xəbərlər haqqında qısa vaxtda xəbərdar olun.