Bu gün Azərbaycanda bilik günüdür - VİDEO

Son illər Azərbaycan təhsili yeni inkişaf dövrünə qədəm qoyub.

Prezident İlham Əliyevin təhsilə diqqət və qayğısı, Heydər Əliyev Fondunun müvafiq istiqamətdə həyata keçirdiyi layihələr ulu öndər Heydər Əliyevin təhsil siyasətinin uğurlu davamının göstəricisidir. Bu gün ölkəmizdə təhsil sisteminin bütün pillələri üzrə dövlət proqramları uğurla həyata keçirilir.

ASCO-nun "Suraxanı" gəmi-muzeyində mütamadi olaraq şagird və tələbələrə tematik ekskursiyalar təşkil edilir. Burada onlar ölkəmizin gəmiçilik tarixi və dənizçi peşəsinin özəllikləri ilə yaxından tanış olurlar. 

15 sentyabr - Bilik Günü ilə əlaqədar olaraq ASCO-nun "Xəzər" uşaq bağçasının yetirmələri "Suraxanı" gəmi-muzeydə tematik ekskursiyada iştirak ediblər. Ekskursiyanı isə uşaqlara 4-cü sinif şagirdi Nəzərli Duyğu keçib. 

BİZİ İZLƏYİN

Bizə abunə olun və "Suraxanı" gəmi-muzeyinə aid olan yeni layihələr və xəbərlər haqqında qısa vaxtda xəbərdar olun.