Azərbaycanda “Neftçilər Günü” qeyd olunur

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 16 avqust 2001-ci il tarixli fərmanı ilə 20 sentyabr ölkəmizdə “Neftçilər Günü” kimi qeyd olunur.

Bu tarix 1994-cü ildə ümummilli liderin siyasi iradəsi nəticəsində baş tutan və müstəqil Azərbaycanın yeni neft strategiyasının əsasını qoyan “Əsrin müqaviləsi”-nin imzalandığı günə təsadüf edir.

20 sentyabr "Neftçilər Günü” münasibətilə dənizçilər adından cəsur neftçilərimizi təbrik edir, cansağlığı arzulayırıq. Bayramın mübarək, neftçi qardaş!

 

BİZİ İZLƏYİN

Bizə abunə olun və "Suraxanı" gəmi-muzeyinə aid olan yeni layihələr və xəbərlər haqqında qısa vaxtda xəbərdar olun.