Bu il yüksək bal toplayaraq Azərbaycan Dövlət Dəniz Akademiyasına qəbul olan tələbələr “Suraxanı” gəmi-muzeyini ziyarət ediblər
Bu il yüksək bal toplayaraq Azərbaycan Dövlət Dəniz Akademiyasına (ADDA)qəbul olan tələbələr “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Suraxanı” gəmi-muzeyini ziyarət ediblər.
Dünyada ilk tanker muzeyi olan bu gəmini ziyarət edən tələbələr Xəzərin və ölkəmizdə gəmiçiliyin tarixi, qəhrəman dənizçilərimizin rəşadətli əməyi ilə yaxından tanış olublar.
Muzeydəki eksponatlarla yanaşı, zalların qeyri-adi quruluşu və burada tətbiq olunan innovativ yeniliklər tələbələrin böyük marağına səbəb olub.
Onlar 90 dəqiqəlik muzey ziyarətindən xoş təəssüratlarla ayrılıblar.