“Suraxanı” gəmi-muzeyində “Bakı siqar klubu”nun xarici qonaqları ilə görüş keçirilib

“Suraxanı” gəmi-muzeyində “Bakı siqar klubu”nun yerli üzvləri və xarici qonaqları arasında görüş xarakterli tədbir keçirilib.

Tədbirdən əvvəl klubun həm yerli, həm də bir çox xarici ölkələrdən gələn üzvləri üçün “Suraxanı” gəmi-müzeyində ekskursiya təşkil edilib.

Ziyarətçilərə əvvəlcə tankerin tarixi haqqında ətraflı məlumat verilib. Burada onlar muzeyin ərsəyə gəlməsini əks etdirən kadrlarla tanış olublar.

Qonaqlar dünyanın ilk tanker-muzeyində sərgilənən gəmiçiliyə aid eksponatlar, interaktiv guşələrə tamaşa ediblər. Bələdçilər tərəfindən onlara Azərbaycanın 3 əsrlik dənizçilik tarixi haqqında məlumat verilib. Muzeyin 360 dərəcəlik ekranında nümayiş edilən unikal videoçarx xarici qonaqlar tərəfindən böyük maraqla izlənilib.

Sonda isə qonaqlar üçün “Suraxanı” gəmi-muzeyinin restoranında Qala gecə təşkil edilib.

BİZİ İZLƏYİN

Bizə abunə olun və "Suraxanı" gəmi-muzeyinə aid olan yeni layihələr və xəbərlər haqqında qısa vaxtda xəbərdar olun.