“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin yaradılmasının 9, ASCO brendinin təqdimatının 4 ili tamam olur - VİDEO

22 oktyabr “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin yaradılmasından 9, ASCO brendinin təqdimatından isə 4 il ötür.

Bu il həm də “Şuşa ili” olduğundan “Suraxanı” gəmi-muzeyimizdə Azərbaycanın mədəniyyət paytaxtının dahi yetirməsi Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasından “Qızlar xoru”-nun “Bu gələn yara bənzər” kompozisiyasının ifası ilə bizim üçün əlamətdar günü qeyd etmək qərarı verdik.

Layihənin baş tutmasında bizə dəstək olan Mələk Vəlizadənin bədii rəhbərlik etdiyi Üzeyir Hacıbəyli adına “Nur” uşaq xoruna, xanəndə Tofiq Həmidov, pianoçu Aytən Rzayeva və violonçel ustası Aydan Rüstəmzadəyə təşəkkürümüzü bildiririk.

BİZİ İZLƏYİN

Bizə abunə olun və "Suraxanı" gəmi-muzeyinə aid olan yeni layihələr və xəbərlər haqqında qısa vaxtda xəbərdar olun.