"Suraxanı" gəmi-muzeyi və onun rəhbəri ICOM-un təşkilatçılığı ilə baş tutan tədbirlərdə iştirak etmək imkanı qazanıb

Dünyanın ilk tanker muzeyi “Suraxanı” haqqında Beynəlxalq Muzeylər Şurasının (International Council of Museums, ICOM) rəsmi saytında məlumat yer alıb. Həmçinin, gəmi-muzeyin direktoru Tural İbrahimov ICOM-a üzv qəbul olunub.

Bununla da, gəmi-muzey və onun rəhbəri ICOM-un təşkilatçılığı ilə baş tutan tədbirlərdə iştirak etmək imkanı qazanıb.  

Qeyd edək ki, ICOM 1946-cı ildə yaradılıb. 137 ölkədən təxminən 35,000 üzvü olan ICOM, muzey və mirasla əlaqəli müxtəlif intizam daxilində fəaliyyət göstərən muzey işçilərin şəbəkəsidir.

 

BİZİ İZLƏYİN

Bizə abunə olun və "Suraxanı" gəmi-muzeyinə aid olan yeni layihələr və xəbərlər haqqında qısa vaxtda xəbərdar olun.