Gəmi-muzeydə “Halloween” bayramı ilə əlaqədar xüsusi ekskursiya təşkil edilib

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Suraxanı” gəmi-muzeyində “Halloween” konsepsiyalı ekskursiya təşkil edilib.

Bayramla əlaqədar gəmidə müxtəlif oyunlar keçirilib. “Face-art” və “origami” master-klassı isə qonaqların xüsusi marağına səbəb olub.

“Halloween” konsepsiyalı ekskursiyanın iştrakçıları gəmi-muzeydən xoş təəssüratlarla ayrılıblar.

Qeyd edək ki, gəmi-muzeydə bu cür tədbirlərin təşkilində məqsəd müxtəlif əyləncələr vasitəsi ilə uşaqlarda gəmiçiliyə və onun tarixinə maraq yaratmaqdan ibarətdir.

BİZİ İZLƏYİN

Bizə abunə olun və "Suraxanı" gəmi-muzeyinə aid olan yeni layihələr və xəbərlər haqqında qısa vaxtda xəbərdar olun.