Ömrünün 43 ilini dənizçilik sahəsinə həsr edən Şakir İsmayılov 65 illik yubileyini qeyd edir
Ömrünün 43 ilini dənizçilik sahəsinə həsr edən Şakir İsmayılov 65 illik yubileyini qeyd edir.
O, 16 noyabr 1957-ci ildə Füzulinin Horadiz kəndində anadan olub.
Əmək fəaliyyətinə 1979-cu ildə Xəzər Dəniz Gəmiçiliyində matros kimi başlayıb. “Sovet Türkmənistanı”, “Həmid Sultanov”, “Cəfər Cabbarlı” kimi gəmilərdə çalışıb.
Şakir İsmayılov doğma Xəzər dənizi ilə yanaşı, Aralıq, Qara və Mərmərə dənizlərində də işləyib.
Təcrübəli dənizçi 2013-cü ildən “Suraxanı” gəmi-muzeyində matros kimi fəaliyyətini davam etdirir.
Şakir İsmayılovun əməyi daim yüksək qiymətləndirilib. O, dəfələrlə müxtəlif Fəxri fərmanlara və diplomlara layiq görülüb.