“Suraxanı” gəmi-muzeyindən məktəblilər üçün əla fürsət! “Şagird” turu ilə YARADICI əyləncəyə qatılın!

“Suraxanı” gəmi-muzeyindən məktəblilər üçün əla fürsət! “Şagird” turu ilə YARADICI əyləncəyə qatılın!

Artıq “Şagird” turu paketini əldə etməklə dünyanın ilk tanker-muzeyində unikal əyləncəli ekskursiyada iştirak etmək mümkündür. Məktəbli turuna daxildir:

  • Xüsusi Avtobuslar vasitəsi ilə qrupların paytaxtın istənilən nöqtəsindən gətirilməsi və geri aparılması;
  • “Suraxanı” gəmi-muzeyində bələdçi müşayiəti ilə ekskursiya. O cümlədən, muzeyin interaktiv oyunları və “Virtual Reallıq” sistemlərindən istifadə;
  • Tanker-muzeydə istedadlı rəssamların təşkil etdiyi “bacarığını ARTır” master-klasında iştirak. Master-klasda müxtəlif fiqurların rənglənməsi və bəzədilməsi həyata keçirilir. Şagirdlərə fərqli üslubda rəngləmə texnikası izah edilir. Sonda rənglənən fiqur iştirakçıya hədiyyə kimi təqdim edilir.

“Bacarığını ARTır” master-klasında məktəblilər;

  • Rəssamın iştirakı ilə müxtəlif rəng çalarlarının əldə etmək bacarıqlarını artıracaqlar
  • Bir-birindən maraqlı gəmi, heyvan, flora, fauna canlılarının gipsdən hazırlanmış fiqurlarını rəngləyəcəklər
  • Müxtəlif üslublu rəngləmə texnikalarını öyrənəcəklər

Qeyd:  “Şagird” turu minimal olaraq 15 nəfərlik qruplar üçün təşkil edilir. Turda  5 – 17 yaşlı məktəblilər iştirak edə bilər. “Master-klas”-da istifadə olunan bütün ləvazimat və fiqurlar paketin qiymətinə daxildir.

Əlaqə: 994 50 274 30 97 (QR kodu skan edin)

Ünvan: Bayıl, Dənizkənarı Milli Park (QR koddan istifadə edin)

BİZİ İZLƏYİN

Bizə abunə olun və "Suraxanı" gəmi-muzeyinə aid olan yeni layihələr və xəbərlər haqqında qısa vaxtda xəbərdar olun.