Xalq artisti Azər Zeynalov “Suraxanı” gəmi-muzeyində olub

Xalq artisti, opera müğənnisi Azər Zeynalov “Suraxanı” gəmi-muzeyini ziyarət edib.

 

Qonaq dünyanın ilk tanker-muzeyinin ekspozisiya zalları və burada nümayiş olunan gəmiçiliyə aid eksponatlarla yaxından tanış olub.

 

Muzeylə tanışlıqdan sonra xalq artisti “Fəxri Qonaqlar” kitabına təəssürat və fikirlərini yazıb.  Sevilən sənətkar Azərbaycanın və dünya dənizçiliyinin dünənini, bu gününü və gələcəyini əks etdirən muzeydən xoş təəssüratlarla ayrıldığını qeyd edib.

BİZİ İZLƏYİN

Bizə abunə olun və "Suraxanı" gəmi-muzeyinə aid olan yeni layihələr və xəbərlər haqqında qısa vaxtda xəbərdar olun.