“Heydər Əliyev İli” çərçivəsində gəmi-muzeyin qarşısında “Futbol dalğası” adlı festival keçirilib

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Suraxanı” gəmi-muzeyinin, eləcə də “Səbail” Futbol Klubunun təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində “Futbol dalğası” adlı festival keçirilib.

Dənizkənarı Milli Parkda, “Suraxanı” gəmi-muzeyinin önündə baş tutan festivalın proqramı zəngin olub. Əyləncəli tədbir çərçivəsində “take ball”, “subsoccer” (stolarxası oyun), kəndirdartma kimi müxtəlif oyunlar təşkil edilib.

Festival çərçivəsində məşhur gürcü futbolçusu Nuqzar Kvirtiyanın iştirakı ilə mini-futbol şousu (freestyle) da keçirilib.

Yarışlarda qalib olan iştirakçılar müxtəlif hədiyyələr qazanıblar.

Ziyarətçilərin böyük maraqla qatıldığı tədbirdə müxtəlif “master-klass”lar, DJ-in iştirakı ilə musiqili proqram, animatorların köməkliyi ilə “art face” də təşkil olunub.

Bundan başqa, festivalda ziyarətçilər yelkənli qayıqların sərgisinə tamaşa etmək imkanı da qazanıblar.

BİZİ İZLƏYİN

Bizə abunə olun və "Suraxanı" gəmi-muzeyinə aid olan yeni layihələr və xəbərlər haqqında qısa vaxtda xəbərdar olun.