“Suraxanı” gəmi muzeyində uşaq evinin sakinlərinin iştirakı ilə Novruz bayramı münasibətilə tədbir keçirilib

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Suraxanı” gəmi muzeyində valideyn himayəsindən məhrum olunmuş “Nur Uşaq Evi”nin sakinlərinin iştirakı ilə Novruz bayramı münasibətilə əyləncəli-maarifləndirici tədbir təşkil olunub.

Tədbir çərçivəsində fiqurlar üzərində səməni, yumurta və digər bayram atributlarının hazırlanması ilə bağlı uşaqlar üçün ustad dərsi, eləcə də bir-birindən maraqlı müxtəlif əyləncəli oyunlar və proqramlar təşkil olunub.

Bununla bərabər, uşaqlar üçün bayramla əlaqədar muzeyin zəngin ekspozisiyası üzrə ekskursiya da təşkil edilib. Onlar ekspozisiya zallarını gəzərək milli gəmiçiliyin tarixi və bu günü ilə yaxından tanış olublar.

BİZİ İZLƏYİN

Bizə abunə olun və "Suraxanı" gəmi-muzeyinə aid olan yeni layihələr və xəbərlər haqqında qısa vaxtda xəbərdar olun.