Heydər Əliyev adına Hərbi İnstitutun kursantları gəmi-muzeylə tanış olublar

Heydər Əliyev adına Hərbi İnstitutun kursantları “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Suraxanı” gəmi-muzeyini ziyarət ediblər.

Kursantlar bələdçilərin köməkliyi ilə gəmi-muzeyin ekspozisiya zalları ilə yaxından tanış olub, Azərbaycan və dünya gəmiçiliyinin tarixi, qədim dənizçilik ənənələri, qəhrəman dənizçilərimizin rəşadətli əməyi barədə maraqlı məlumatlar əldə ediblər. Onlar həmçinin buradakı trenajorlar və oyun manipulyatorlarından istifadə edərək müxtəlif gəmi əməliyyatlarını yerinə yetiriblər.

Ekskursiya iştirakçıları Ulu öndər Heydər Əliyevin dəniz nəqliyyatı sahəsindəki xidmətlərini, eləcə də Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığı və qazandığı tarixi zəfəri özündə əks etdirən interaktivlə də tanış olublar.

Kursantlar gəmi-muzeydən xoş təəssüratlarla ayrılıblar.

BİZİ İZLƏYİN

Bizə abunə olun və "Suraxanı" gəmi-muzeyinə aid olan yeni layihələr və xəbərlər haqqında qısa vaxtda xəbərdar olun.