Yelkənçilərin iştirakı ilə Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş parad təşkil olunub
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) təşkilatçılığı ilə xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar Bakı buxtasında yelkənli qayıqların paradı təşkil olunub.
Parad zamanı yelkənçilər üzərində Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotolar olan qayıqlarla Xəzər dənizinə açılıblar. Onlar dənizdə olduqları iki saat ərzində həm paytaxt sakinləri, həm də turistlərdə böyük maraq yaradıblar.
ASCO-nun “Xəzər” Yelkənli Qayıqlar İdman Klubunun “Optimist” sinifi üzrə yelkənçilərinin iştirakı ilə baş tutan parada Klubun direktoru Tatyana Serebnaya rəhbərlik edib.