ASCO 29-cu Beynəlxalq Xəzər Neft və Qaz Sərgisində iştirak edir
ASCO Bakı Enerji Həftəsi çərçivəsində Bakı Expo Mərkəzində təşkil olunan 29-cu Beynəlxalq Xəzər Neft və Qaz Sərgisində (“Caspian Oil&Gas”) təmsil olunur.
Stenddə ziyarətçilərə ASCO-nun donanmalarına daxil olan gəmilər, eyni zamanda həmin gəmilərin iştirak etdiyi yerli və beynəlxalq layihələr barədə məlumat verilir. Həmçinin stenddə yerləşdirilən xüsusi monitorlar vasitəsilə müxtəlif gəmi əməliyyatlarından görüntülər nümayiş olunur.
Bundan başqa, sərgi iştirakçılarına şirkətin ekologiya, rəqəmsallaşma, təlim və təhsil istiqamətlərindəki fəaliyyəti barədə də məlumatlar təqdim edilir.
Qeyd edək ki, 6 iyunadək davam edəcək Bakı Enerji Həftəsində 37 ölkədən 300-dək şirkət iştirakını təsdiq edib. Tədbirdə Azərbaycanla yanaşı, ABŞ, Almaniya, Avstraliya, Avstriya, Belarus, Belçika, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Bolqarıstan, Böyük Britaniya, Çexiya, Çin, Əlcəzair, Finlandiya, Fransa, Gürcüstan, Hindistan, İraq, İsrail, İsveç, İtaliya, Latviya, Qazaxıstan, Qətər, Macarıstan, Monako, Niderland, Norveç, Özbəkistan, Rumıniya, Rusiya Federasiyası, Səudiyyə Ərəbistanı, Sloveniya, Türkiyə, Ukrayna və Yaponiya iştirak edir.