Gəmi-muzeydə təcrübə proqramını uğurla başa vuran könüllülərə məzun sertifikatı verilib

ASCO-nun “Suraxanı” gəmi-muzeyində üç aylıq təcrübə proqramını uğurla başa vuran növbəti qrup könüllüyə məzun sertifikatı təqdim edilib.

Proqram çərçivəsində könüllülər muzeyin ekspozisiya, araşdırma və xüsusi layihələrin icrası sahələrində yaxından iştirak ediblər. Dünyanın ilk tanker-muzeyində gənclərə bələdçiliklə yanaşı, mühasibatlıq və informasiya texnologiyaları sahəsində bilik və bacarıqlarını artırmaq üçün də imkan yaradılıb.

Qeyd edək ki, könüllülük proqramı ASCO-nun “Suraxanı” gəmi-muzeyi və “Gənc Könüllülər” İctimai Birliyi arasında imzalanmış memoranduma əsasən həyata keçirilir.

BİZİ İZLƏYİN

Bizə abunə olun və "Suraxanı" gəmi-muzeyinə aid olan yeni layihələr və xəbərlər haqqında qısa vaxtda xəbərdar olun.