Ukraynalı uşaqlar ASCO-nun “Suraxanı” gəmi-muzeyini ziyarət ediblər

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin təşkilatçılığı ilə sosial-psixoloji reabilitasiya xidmətləri ilə təmin edilmək üçün ölkəmizə gətirilən ukraynalı uşaqlar ASCO-nun “Suraxanı” gəmi-muzeyini ziyarət ediblər.

Ekspozisiya zalları ilə tanış olan uşaqlara muzeyin yaranma tarixi, burada nümayiş olunan dənizçiliyin ruhunu özündə əks etdirən eksponatlar, eləcə də müxtəlif sənəd və fotoşəkillər barədə ətraflı məlumat verilib.

Qonaqlar muzeyin zallarında yerləşən artırılmış reallıq sistemləri, müasir interaktiv oyunlar və digər multimediya avadanlıqlarını maraqla qarşılayıblar.

Ziyarətçilər muzeydəki “Qarabağ Azərbaycandır” adlı interaktivlə də yaxından tanış olublar.

Azərbaycan və dünya gəmiçiliyinə aid nadir eksponatlarla zəngin “Suraxanı” gəmi-muzeyini ziyarət etmək ukraynalı uşaqların hər birində xoş təəssürat yaradıb.

BİZİ İZLƏYİN

Bizə abunə olun və "Suraxanı" gəmi-muzeyinə aid olan yeni layihələr və xəbərlər haqqında qısa vaxtda xəbərdar olun.