"Mədəniyyət" TV-də “Gəmiçilik, gənc ixtiraçılar və innovasiya” müsabiqəsinin növbəti mərhələsinin bitməsi barədə danışılıb

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ASCO-nun təşkilatçılığı ilə “AzeRobot Education” Robototexnika Tədris Mərkəzinin üzvləri arasında elan olunan “Gəmiçilik, gənc ixtiraçılar və innovasiya” müsabiqəsinin növbəti mərhələsi başa çatıb. Yaxın vaxtlarda müsabiqəyə təqdim olunan layihələr münsiflər tərəfindən qiymətləndiriləcək və qaliblər elan olunacaq.

Bu barədə Mədəniyyət TV-nin “Səhər çağı” proqramında ətraflı məlumat verilib.

BİZİ İZLƏYİN

Bizə abunə olun və "Suraxanı" gəmi-muzeyinə aid olan yeni layihələr və xəbərlər haqqında qısa vaxtda xəbərdar olun.