ASCO-nun "Suraxanı" gəmi-muzeyinə “SOCAR Könüllüləri” qrupunun üzvləri üçün ekskursiya təşkil edilib.

ASCO-nun "Suraxanı" gəmi-muzeyinə “SOCAR Könüllüləri” qrupunun üzvləri üçün ekskursiya təşkil edilib.

Ttur çərçivəsində könüllülər ölkəmizdə qədim tarixə malik dənizçilik ənənələri və gəmiçiliyin inkişafı ilə bağlı nadir eksponatlarla tanış olublar. Bələdçilər həmçinin onlara Xəzərin tarixi, Abşeronda neft hasilatı, müxtəlif gəmi modellərinə dair məlumatlar veriblər.

Ekskursiya qrupunun üzvləri müxtəlif interaktiv oyunlarda da iştirak edib və gəminin iş prinsiplərinə dair bilgilər əldə ediblər.

Sonra gəmi-muzeyin “Xəzərin ruhu” zalında yerləşən unikal 360 dərəcəlik ekranında könüllülər üçün təlim təşkil olunub.

BİZİ İZLƏYİN

Bizə abunə olun və "Suraxanı" gəmi-muzeyinə aid olan yeni layihələr və xəbərlər haqqında qısa vaxtda xəbərdar olun.