"Art Plast"da təqdim olunan installyasiyalar necə hazırlanıb? - VİDEO

Bəzən ekologiyanın çirklənməsi səbəbindən ortaya çıxan təhlükələr incəsənətin gücü ilə daha təsirli görünür. Məhz “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində həyata keçirdiyimiz “Art Plast” layihəmizdə təqdim edilən balıq, qağayı, suiti, dəniz atı və digər installyasiyalar da bunu əyani şəkildə nümayiş etdirir, onların hər biri ilk baxışdan nəzərəçarpmayan ekoloji problemlərə diqqət çəkir.

Bəs, bu unikal “eko-art”lar necə ərsəyə gəlib? Bu videoda bir qrup ASCO əməkdaşının gərgin əməyinin nəticəsi olan installyasiyaların hazırlanma prosesi ilə tanış olacaqsınız.

BİZİ İZLƏYİN

Bizə abunə olun və "Suraxanı" gəmi-muzeyinə aid olan yeni layihələr və xəbərlər haqqında qısa vaxtda xəbərdar olun.