COP29 çərçivəsində Azərbaycana gələn Latın Amerikası ölkələrindən olan bir qrup media nümayəndəsi “Suraxanı” gəmi-muzeyini ziyarət edib.

COP 29 çərçivəsində Azərbaycana gələn Latın Amerikası ölkələrindən olan bir qrup media nümayəndəsi ASCO-nun “Suraxanı” gəmi-muzeyini ziyarət edib.

Qonaqlar muzeyin ekspozisiya zallarını gəzərək, buradakı unikal ekponatlarla yaxından tanış olublar.

Media nümayəndələrinə ASCO-nun 2050-ci ilədək sıfır emissiyaya çatmaq hədəfinə nail olmaq istiqamətində gördüyü işlər və gələcək planları barədə də məlumat verilib.

Xarici jurnalistlər həmçinin “Art Plast” layihəsi çərçivəsində plastik, metal və digər məişət tullantılarından istifadə olunaraq hazırlanmış dəniz canlılarının instalyasiyalarına da baxış keçiriblər.

BİZİ İZLƏYİN

Bizə abunə olun və "Suraxanı" gəmi-muzeyinə aid olan yeni layihələr və xəbərlər haqqında qısa vaxtda xəbərdar olun.