Ukraynanın Azərbaycandakı səfiri “Suraxanı” gəmi-muzeyinin qonağı olub

Ukraynanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Yuriy Husyev ASCO-nun “Suraxanı” gəmi-muzeyini ziyarət edib.

Səfir Yuriy Husyev gəmi-muzeyi gəzərək, buradakı zəngin eksponatlar və interaktivlərlə tanış olub. Ona Azərbaycanın dənizçilik irsi və “Suraxanı” gəmisinin bu irsin yaşadılmasındakı tarixi əhəmiyyəti izah olunub.

Bununla yanaşı, səfirə "Suraxanı" gəmi-muzeyinin nəşrlərindən olan “Bələdçi kitabı” və müxtəlif gəmi elementlərindən ibarət olan “puzzle” hədiyyə edilib.

Sonda səfir Yuriy Husyev “Suraxanı” gəmi-muzeyi ilə bağlı xoş təəssüratlarını “Fəxri qonaqlar kitabı”nda bölüşərək, muzeyin yaradılmasında zəhməti olan hər kəsə təşəkkürünü bildirib və yenidən ziyarət etmək arzusu ilə muzeydən ayrılıb.

BİZİ İZLƏYİN

Bizə abunə olun və "Suraxanı" gəmi-muzeyinə aid olan yeni layihələr və xəbərlər haqqında qısa vaxtda xəbərdar olun.