Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin kursantları "Suraxanı" gəmi-muzeyini ziyarət ediblər

Müdafiə Nazirliyinin Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin kursantları ASCO-nun "Suraxanı" gəmi-muzeyini ziyarət ediblər.

Ekskursiya zamanı kursantlar Azərbaycan və dünya gəmiçiliyinin tarixi, ölkəmizin qədim dənizçilik ənənələri, eləcə də qəhrəman dənizçilərimizin şücaəti ilə yaxından tanış olublar.

Muzeyin interaktiv bölmələrində müxtəlif gəmi əməliyyatlarını yerinə yetirən ziyarətçilər Vətən müharibəsində xalqımızın qəhrəmanlığını əks etdirən ekspozisiyanı da izləyiblər.

Unudulmaz anlar bəxş edən ekskursiya hər kəsdə dərin təəssürat yaradıb.

BİZİ İZLƏYİN

Bizə abunə olun və "Suraxanı" gəmi-muzeyinə aid olan yeni layihələr və xəbərlər haqqında qısa vaxtda xəbərdar olun.