Dünya Sağlamlıq Günü ilə əlaqədar Psixoloji İnkişaf Mərkəzinin xüsusi qayğıya ehtiyacı olan azyaşlı üzvləri ASCO-nun “Suraxanı” gəmi-muzeyini ziyarət ediblər.

Dünya Sağlamlıq Günü ilə əlaqədar Psixoloji İnkişaf Mərkəzinin xüsusi qayğıya ehtiyacı olan azyaşlı üzvləri  ASCO-nun “Suraxanı” gəmi-muzeyini ziyarət ediblər.

Ziyarət zamanı uşaqlar muzeyin unikal eksponatları ilə tanış olub, həmçinin interaktiv imkanlardan yararlanaraq müxtəlif təcrübələr qazanıblar. 

Qeyd edək ki, “Suraxanı” gəmi-muzeyi davamlı olaraq öz təşəbbüsü ilə müxtəlif yaş qruplarına və xüsusi kateqoriyadan olan şəxslərə yönəlik maarifləndirici və əyləncəli layihələr həyata keçirir. Həmçinin muzey ayrı-ayrı dövlət qurumları, ictimai birliklər və təşkilatlarla sıx əməkdaşlıq edərək, sosial inkluzivliyi və fərqli qrupların mədəniyyətə və təhsilə daha yaxın olmasını təmin edir.

BİZİ İZLƏYİN

Bizə abunə olun və "Suraxanı" gəmi-muzeyinə aid olan yeni layihələr və xəbərlər haqqında qısa vaxtda xəbərdar olun.