Şəhid övladları “Suraxanı” gəmi-muzeyində ekskursiyada olublar
Şəhid övladları “Suraxanı” gəmi-muzeyində ekskursiyada olublar
Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə şəhid övladlarından ibarət qrup üçün dünyanın ilk tanker-muzeyi olan “Suraxanı” gəmi-muzeyinə ekskursiya təşkil edilib.
Dövlət Dəniz və Liman Agentliyi ilə “Zəfər Şəhid Ailələrinə Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən ziyarət zamanı bələdçilər uşaqlara muzeyin ekspozisiyaları, gəmiçiliyin tarixi və inkişafı barədə ətraflı məlumat veriblər. Ziyarətçilər həmçinin gəmiçilik sahəsinə aid interaktiv oyunlarda iştirak edərək bu sahə daha yaxından tanış olublar.
Ekskursiyanın sonunda uşaqlara muzey adından gəmi elementlərindən ibarət “puzzle” hədiyyə edilib.