Gəmi-muzey əməkdaşları üçün növbəti təhlükəsizlik təlimi keçirilib.
Gəmi-muzey əməkdaşları üçün növbəti təhlükəsizlik təlimi keçirilib.
Təlimin əsas mövzularından biri fövqəladə hallarda istifadə olunan EEBD (Emergency Escape Breathing Device / Fövqəladə Hallar üçün Nəfəsalma Qurğusu) cihazı olub. Təlim zamanı əməkdaşlara bu avadanlıqdan düzgün istifadə qaydaları, tətbiq sahələri, eləcə də təhlükəli mühitdən təhlükəsiz şəkildə çıxış zamanı riayət edilməli ardıcıllıq ətraflı şəkildə izah edilib.
Bu cür təlimlərin məqsədi əməkdaşların fövqəladə vəziyyətlərə hazırlıq səviyyəsini yüksəltmək, təhlükəsizlik qaydalarını praktik olaraq mənimsəmələrini təmin etmək və muzey mühitində həm əməkdaşların, həm də ziyarətçilərin təhlükəsizliyini qorumaqdır.
Təhlükəsizlik hər zaman prioritetimizdir.