“Söhbətchill” layihəsinin növbəti görüşü gəmi-muzeydə baş tutub

“Söhbətchill” layihəsinin növbəti görüşü gəmi-muzeydə baş tutub

Azərbaycan Könüllü Təşkilatları İttifaqının “Söhbətchill” layihəsi çərçivəsində Türkiyənin məşhur aktyoru Erhan Ufak ilə “Suraxanı” gəmi-muzeyində görüş keçirilib.

Tədbir çərçivəsində qonaq üçün gəmi-muzeydə ekskursiya təşkil edilib, Erhan Ufak Azərbaycan gəmiçiliyinin tarixi, Xəzər dənizində dənizçilik ənənələri və muzeyin ekspozisiyaları ilə yaxından tanış olub. 

Könüllülük fəaliyyətinin təşviqi və gənclərin motivasiyasının artırılması məqsədi daşıyan görüş zamanı aktyor sənət yolu, şəxsi həyat təcrübələri, sosial məsuliyyət və könüllülüyün cəmiyyətdəki rolu ilə bağlı fikirlərini bölüşüb, gənclərin suallarını səmimi şəkildə cavablandırıb. Tədbir iştirakçılar tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb.

Qeyd edək ki, Erhan Ufak “Kurtlar Vadisi” serialında Güllü Erhan obrazı ilə geniş tamaşaçı auditoriyasının sevgisini qazanıb.

BİZİ İZLƏYİN

Bizə abunə olun və "Suraxanı" gəmi-muzeyinə aid olan yeni layihələr və xəbərlər haqqında qısa vaxtda xəbərdar olun.