“Suraxanı” gəmi-muzeyinin bələdçiləri üçün treninq təşkil olunub

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Suraxanı” gəmi-muzeyinin bələdçiləri üçün “Ekskursiya qaydaları və metodikası” mövzusunda seminar-treninq təşkil edilib.

Treninq gəmi-muzeyin ekspozisiyası üzrə məsləhətçisi, muzey sahəsi üzrə mütəxəssis Azada Hüseynova tərəfindən aparılıb. O, iştirakçılara “Muzey bələdçisinin davranış qaydaları”, “Ekskursiya qaydaları və metodikası” mövzularında təlim keçib.

Təlimçi tanker-muzeyin bələdçilərinə aparıcı muzeylər, onların iş prinsipi haqqında da ətraflı məlumat verib.

Qeyd edək ki, bu cür treninqlərin keçirilməsində əsas məqsəd ekskursiya işinin təşkili ilə bağlı nöqsan və çatışmazlıqların aradan qaldırılması, “Suraxanı” gəmi-muzey bələdçilərinin nəzəri və praktik biliklərinin yüksəldilməsidir.

BİZİ İZLƏYİN

Bizə abunə olun və "Suraxanı" gəmi-muzeyinə aid olan yeni layihələr və xəbərlər haqqında qısa vaxtda xəbərdar olun.