“Xabad Or-Avner” yəhudi məktəbinin kollektivi "Suraxanı" gəmi-muzeyində olub
Bakıda fəaliyyət göstərən “Xabad Or-Avner” yəhudi təhsil mərkəzinin şagirdləri və müəllimləri "Suraxanı" gəmi-muzeyini ziyarət ediblər.
Onlar ekskursiyanın sonunda “Fəxri qonaqlar” kitabına fikirlərini yazaraq muzeydən xoş təəssüratlarla ayrıldıqlarını qeyd ediblər.
Qeyd edək ki, "Xabad-Or-Avner” yəhudi orta məktəbi 2010-cu ildə Heydər Əliyev Fondu və "Or-Avner” Fondu tərəfindən inşa edilib.