Rusiyanın nüfuzlu dənizçilik universitetinin rəhbərliyi “Suraxanı” gəmi muzeyini ziyarət edib

Admiral S.O.Makarov adına Dövlət Dəniz və Çay Donanması Universitetinin rektoru Sergey Barışnikov və prorektoru Yelena Smyaglikova "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) "Suraxanı" tanker-muzeyini ziyarət ediblər.

Qonaqlara muzeyin yaranma tarixi barədə ətraflı məlumat verilib. Bildirilib ki, Xəzərin tarixi, Abşeronda neft hasilatı, ölkəmizdə gəmiçiliyin inkişafı mərhələləri haqqında məlumat əldə etmək üçün muzeyin xüsusi rolu var.

Ekspozisiya zallarını gəzən qonaqlar burada sərgilənən eksponatlarla yaxından tanış olublar. Onlar belə bir muzeyin ərsəyə gətirilməsinin və fəaliyyətinin dənizçilik tarixinin yaşadılması baxımdan zəruri olduğunu bildiriblər.  

Sonda qonaqlara “Suraxanı” tanker-muzeyinin xatirə hədiyyəsi təqdim edilib.

BİZİ İZLƏYİN

Bizə abunə olun və "Suraxanı" gəmi-muzeyinə aid olan yeni layihələr və xəbərlər haqqında qısa vaxtda xəbərdar olun.