“Təbiət üçün SOS” yay məktəbinin iştirakçıları gəmi-muzeydə olublar

“EkoSfera” Sosial-Ekoloji Mərkəzinin təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Litva Respublikasının Azərbaycandakı Səfirliyinin dəstəyi ilə 01-06 avqust 2021-ci il tarixlərində təşkil olunan “Təbiət üçün SOS” (Summer Outdoor School “SOS for Nature”) adlı açıq havada yay məktəbi keçirilib. Yay məktəbinin iştirakçıları dünyada ilk tanker-muzey olan "Suraxanı"gəmisində olublar. Ziyarətçilər muzeyin zallarında Xəzərdə ekologiyanın qorunması istiqamətində ASCO-nun reallaşdırdığı layihələr, dünya okeanının incilərinə həsr edilmiş "Malakafauna" zalı və digər maraqlı ekspozisiyalarla yaxəndan tanış olublar.Məktəblilərə istismar müddətini bitirmiş "Suraxanı" gəmisinin muzeyə çevrilməsi haqqında da ətarflı məlumat verilib. 

Qeyd edək ki, "Məktəblilər üçün interaktiv yay məktəbi və tullantıların idarə olunması onlayn proqramı” layihəsi çərçivəsində keçirilən yay məktəbinin məqsədi gənclərin ətraf mühitin mühafizəsi, iqlim dəyişikliyi, tullantıların təkrar emalı, su resurslarından səmərəli istifadə sahəsində praktiki bacarıqlarını inkişaf etdirməkdir.

“Təbiət üçün SOS” (Summer Outdoor School “Sos for Nature”) devizi ilə keçirilən yay məktəbində 50 nəfərdən ibarət olmaqla 12-15 yaş qrupu üzrə gənc ekoloqlar və Vətən müharibəsi qəhrəmanlarının övladları iştirak edib.

BİZİ İZLƏYİN

Bizə abunə olun və "Suraxanı" gəmi-muzeyinə aid olan yeni layihələr və xəbərlər haqqında qısa vaxtda xəbərdar olun.