Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və AzTV-nin “Tut əlimdən” layihəsinin növbəti iştirakçıları Şəhid İlkin Əhədzadənin övladları Fidan və Ləmanla Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova olub.

Layihə çərçivəsində Şəhid övladları ilə Bahar Muradova "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) “Suraxanı” gəmi-muzeyini ziayrət ediblər.

Tanker-muzeyin adından İlkin Əhədzadənin övladları Fidan və Ləmana xüsusi hədiyyələr təqdim olunub.

Məlumat üçün bildirək ki, layihə çərçivəsində rəhbər vəzifəli və ya yaxud tanınmış hər hansı bir şəxs bir gününü şəhid övladları ilə keçirir, onarın qayğılarını bölüşür, asudə vaxtının faydalı keçməsinə dəstək olur.

 

BİZİ İZLƏYİN

Bizə abunə olun və "Suraxanı" gəmi-muzeyinə aid olan yeni layihələr və xəbərlər haqqında qısa vaxtda xəbərdar olun.