“Suraxanı” gəmi-muzeyin “Gəmi yanalma” interaktiv oyunu artıq yeni tərtibatda - VIDEO

Hörmətli izləyicilər,

Gəmi-muzeyin unikallığı həmçinin muzeydə yaradılan interaktiv oyunlardır. Hər kəs bu oyun manipulyatorlarından istifadə etməklə özünü dənizçi hiss edə və Gəmiçiliklə bağlı əməliyyatları şəxsən icra edə bilər.

Dünyada ilk tanker-muzeyin “Lövbəri qaldırın” zalında yerləşən “Gəmi yanalma” interaktiv oyunu yenilənərək ziyarətçilərin ixtiyarına verilib. Oyun 3D elementlər də daxil edilməklə daha da təkmilləşdirilib.

Qeyd edək ki, interaktivdən eyni zamanda 3 oyunçu istifadə edir. Onlar 3 dəqiqə ərzində öz hərəkətlərini sinxronlaşdırıb yedək qayıqları vasitəsi ilə yanalma əməliyyatını icra etməlidirlər. Oyun zamanı yan alan tankerə zərər yetirilməməlidir. Belə olan zaman “tahlükə” işıqları yanır və oyun daha da çətinləşir. Oyunu yalnız komanda ruhu vasitəsi ilə icra etmək mümkündür.

Əyləncə xarakteri daşıyan bu interaktiv oyunun əsas məqsədi ziyarətçiləri qısa zaman kəsiyində iritonnajlı gəmilərin necə sahilə yan almalarını əyani şəkildə izah etməkdi.

“Suraxanı” gəmi-muzeyinə gələrək təkrarı olmayan unikal interaktiv oyunlarından Siz də istifadə edin.

Qeyd: Bütün oyunlardan istifadə giriş biletinə daxildir!

Ünvanımız: Bakı Bulvarı, Bayıl, Su idmanı sarayının yanı

E-bilet: www.surakhanishipmuseum.az

 

BİZİ İZLƏYİN

Bizə abunə olun və "Suraxanı" gəmi-muzeyinə aid olan yeni layihələr və xəbərlər haqqında qısa vaxtda xəbərdar olun.