“Suraxanı” gəmi-muzeyin “Morze kodu” interaktiv oyunu - VİDEO
Morze əlifbası – nöqtə və xətlərin istifadəsi ilə əlifba hərflərini təsvir edən kommunikasiya vasitəsidir.
1836-cı ildə amerikalı ixtiraçı və rəssam Samuel Morze özünün hazırladığı teleqraf (Morze aparatı) və kodu (Morze əlifbası) numayiş etdirib. Morze əlifbası ilə ilk rəsmi məlumat isə 1844-cü il mayın 24 -də Vaşinqtondan Baltimora göndərilib.
Müasir kommunikasiya vasitələri kəşf edilənədək, həm dənizdə, həm də quruda əsas kommunikasiya vasitəsi idi.
1908-ci ildə imzalanan beynəlxalq sazişə əsasən, Morze əlifbası ilə gəmiçilikdə beynəlxalq fəlakət siqnalı kimi qəbul edilən SOS siqnalı ötürülməyə başladı.
Siqnal intervalsız “üç nöqtə-üç tire-üç nöqtə” ardıcıllığından ibarət idi.
Morze əlifbası bir əsrə yaxın müddətdə dəniz kommunikasiyasının əsas
növü olmuşdur. Yalnız 1999-cu ildə o, Qlobal Dəniz Təhlükəsiziliyi sistemi ilə əvəz edildi.
Bu maraqlı əlaqə yaratmaq üsulu ilə geniş auditorianı tanış etmək məqsədi ilə tanker-muzeydə unikal “Morze kodu” adlı interaktiv oyun yaradılıb.
Oyunda iki nəfər iştirak edir. 1 nömrəli oyunçu morze kodları vasitəsi ilə digərinə mesaj yollamalı qarşı tərəf isə onu deşifrə etməlidir. Ümumilikdə 5 dəqiqə ərzində davam edən oyunda hər iştirakçı üçün 2.5 dəqiqə vaxt ayrılır. Qeyd edək ki, interaktiv oyun “Suraxanı” gəmi-muzeyinin “Naviqasiya və Kommunikasiya”zalında yerləşir və oyundan istifadə ümumi ekskursiya biletinə daxildir.
Ünvanımız: Bakı Bulvarı, Bayıl, Su idmanı sarayının yanı
E-bilet: www.surakhanishipmuseum.az