«Baku International HR Forumu»nun iştirakçıları ASCO-nun "Suraxanı" gəmi-muzeyində olublar - FOTO
İlk dəfə keçirilən “Baku International HR Forum” İnsan resurlarının idarəedilməsi ilə bağlı ən son trendlər, bu sahədə müasir innovasiyalar və texnologiyanın inkişafı, fərqli təcrübələrin müzakirələr və fikir mübadilələri ilə paylaşılmasını hədəfləyən qlobal tədbirdir. Forumun iştirakçıları ASCO-nun "Suraxanı" gəmi-muzeyində olublar. Onlara Azərbaycanda və dünyada gəmiçiliyin tarixi, reallaşdırılan layihələr barədə geniş ekskursiya təşkil edilib. Ziyarətçilər gəmi-muzeydə ekskursiyadan məmnunluqlarını ifadə ediblər.
Məlumat üçün bildirək ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) İnsan resurslarının idarəedilməsi departamenti Azərbaycan İR İnstitutunun təşkilatçılığı ilə keçirilən «Baku International HR Forumu»nun (BIHRF) iştirakçılarından olub.
ASCO-nun İnsan resurslarının idarəedilməsi departamentinin (İRİD) rəisi Sevda Məmmədova Forumun “İnsan kapitalının inkişafı” panelində spiker kimi çıxış edib. O, “İşəgötürən tərəfindən işçilərin psixoloji sağlamlıq və stresinin idarəedilməsinin vacibliyi” mövzusunda Forum iştirakçıları ilə fikirlərini bölüşüb. Qeyd edib ki, bu məsələ pandemiya dövründə xüsusi əhəmiyyət daşıyıb.
ASCO-nun İR komandası Forum çərçivəsində keçirilən “HR AWARDS 2022” mükafatlandırma mərasimində “İnsan resursları texnologiyaları üzrə ən yaxşı strategiya” nominasiyası üzrə qalib olub. Mükafatı Even Bolstad İRİD rəisi Sevda Məmmədovaya təqdim edib.