ASAPES tələbələri "Suraxanı" gəmi muzeyini ziyarət ediblər

Gənclər həftəsi çərçivəsində Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasın ASAPES tələbələri "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) "Suraxanı" gəmi muzeyinə səfər ediblər. 

Gəmi-muzeyə tur Akademiyanın Tələbələrlə iş şöbəsinin təşkilatçılığı ilə baş tutub.

Dünyada ilk tanker muzeyi olan bu gəmini ziyarət edən tələbələr Xəzərin və ölkəmizdə gəmiçiliyin tarixi, qəhrəman dənizçilərimizin rəşadətli əməyi ilə yaxından tanış olublar.

Muzey ziyarəti tələbələrin böyük marağına səbəb olub.

BİZİ İZLƏYİN

Bizə abunə olun və "Suraxanı" gəmi-muzeyinə aid olan yeni layihələr və xəbərlər haqqında qısa vaxtda xəbərdar olun.